Xəzər Xəbər

Şəmkir sakini dostunu güllələdi

Hadisə | 14:11 • 15 Avqust 2018
Şəmkir sakini dostunu güllələdi
Avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı olan Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Niftalıyev saxlanılıb və hadisədə istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-12” markalı ov tüfəngi götürülüb.

Xəbər lenti