Xəzər Xəbər

Tovuzda kartof güvəsinə qarşı mübarizə aparılıb

Hadisə | 11:01 • 14 Avqust 2018
Tovuzda kartof güvəsinə qarşı mübarizə aparılıb
Tovuz rayonunun aran ərazilərində torpaq mülkiyyətçilərinə məxsus kartof əkini sahəsindən toplanmış ərzaqlıq və toxumluq kartof məhsuluna fitosanitar baxış keçirilib və məhsulun kartof güvəsi ilə sirayətləndiyi müşahidə edilib.


Kənd Təsərrüfatı Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Nazirlik yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 1200 ton ərzaqlıq və toxumluq kartof məhsulunu zərərvericilərdən mühafizə etmək və zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədi ilə 80 kq "Bassilus Thuringiensis 32000 LUVP” bioloji preparatından istifadə edilməklə, dövlət büdcəsi vəsaiti hesabına bioloji mübarizə işləri həyata keçirilib.




Qeyd edək ki, fermerlər kimyəvi mübarizə tədbirlərinə nisbətən bioloji mübarizə üsullarına daha çox üstünlük verilər. Çünki kimyəvi mübarizə çərçivəsində kimyəvi preparatın tətbiqi zamanı texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilmədikdə zəhərlənmə halları baş verir. Ancaq bioloji mübarizənin tətbiqi insan sağlamlığına heç bir təhlükə yaratmır və zəhərlənmə halları baş vermir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti