Xəzər Xəbər

Mingəçevirdə nişan mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: gəlin və daha 10 nəfər xəstəxanalıq oldu

Hadisə | 14:48 • 13 Avqust 2018
Mingəçevirdə nişan mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:

Mingəçevir şəhərində nişan mərasimində gəlin və daha 10 nəfərin zəhərlənməsinin təfərrüatı məlum olub.

Avqustun 12-də şəhərin Günəşli yaşayış massivində Araz Aşurovun həyətində qızı Xumarənin nişan mərasimi keçirilib və tədbirdə 60 nəfər iştirak edib.

Qonaqlara plov, dolma, dovğa təamları və müxtəlif salatlar təklif olunub. Müəyyən müddət sonra məclis iştirakçılarının halı pisləşib. Müxtəlif nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları ilə durumu ağır olan mərasim iştirakçıları xəstəxanaya çatdırılıb. Eyni zamanda gəlin Xumarə Aşurova da mənşəyi bəlli olmayan qidadan mədə-bağırsaq pozğunluğu keçirərək xəstəxanaya yerləşdirilib. Bundan başqa, 2001-ci il təvəllüdlü Rəna Qəzənfər qızı Aşurova sonradan xəstəxanaya aparılıb. Eyni zamanda Ağdaş rayonundan -oğlan evini təmsil edən üç qonaq evə qayıdarkən oxşar problemlə üzləşib və rayonda ev şəraitində müalicə olunublar.

Artıq xəstəxana şəraitində müalicə alan xəstələrdən 7-si mərhələli şəkildə evə buraxılıb. Yalnız 5 yaşlı Şəfa Mirzəliyevanın müalicəsi hələ də davam edir. Ağdaşdan olan digər üç zərərçəkənin də vəziyyətinin normallaşdığı bildirilir.

Qeyd edək ki, hadisədən sonra zərərçəkən şəxslərdən nümunələr götürülərək Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şəhər laboratoriyasına təqdim olunub.

***

Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:

Aşurov Osman Şahlar oğlu - 2004-cü il təvəllüdlü Mingəçevir şəhər sakini

Aşurova Xumarə Anar qızı - 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini

Aşurova Mətanət Ramiz qızı - 1982-ci il təvəllüdlü Ağdaş rayon sakini

Aşurova Səidə Şahlar qızı - 2003-cü il təvəllüdlü

Nəbiyeva Zinyət Ələddin qızı - 1961-ci il təvəllüdlü Mingəçevir şəhər sakini

Mirzəliyeva Şəfa Elnur qızı - 2014-cü il təvəllüdlü Mingəçevir şəhər sakini

Mirzəliyeva Şəfəq Təhməz qızı - 1952-ci il təvəllüdlü Mingəçevir şəhər sakini

Əldə edilən ilkin məlumata görə, qonaqlarda mədə pozuntusu "Paytaxt" salatından istifadə olunandan sonra baş verib.

Faktla bağlı araşdırma aparılır. (report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti