Xəzər Xəbər

İsmayıllıda 4 bal gücündə zəlzələ

Hadisə | 10:16 • 12 Avqust 2018
İsmayıllıda 4 bal gücündə zəlzələ
Avqustun 11-də İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən XəzərXəbər-ə  bildirilib ki, ilkin məlumatlara əsasən yeraltı təkanlar yerli vaxtla saat 23:03:11-də Pirquludan 11 kilometr qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Xəbər lenti