Xəzər Xəbər

Sumqayıtda mənzildə partlayış baş verib - Ana ilə oğlu xəsarət alıb

Hadisə | 10:07 • 10 Avqust 2018
Sumqayıtda mənzildə partlayış baş verib -

Sumqayıtda mənzildə partlayış olub. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində baş verib.


Mənzildə olan 1962-ci il təvəllüdlü Qasımova Diba Qənbər qızı və oğlu 1982-ci il təvəllüdlü Qasımov Teymur Kamal oğlu yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Qadının vəziyyəti ağır olduğundan onu Bakı şəhər 5 Saylı xəstəxanaya göndəriblər.


Xəstəxanadan bildirilib ki, qadın övladlarının istəyi ilə tam həkim nəzarətində olmaqla evə aparılıb. Hazırda vəziyyəti qənaətbəxşdir. Yanıq xəsarəti alan oğlu isə müayinə olunduqdan sonra buraxılıb.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti