Xəzər Xəbər

Sumqayıtda avtomobil təmiri obyektində yanğın olub

Hadisə | 12:11 • 9 Avqust 2018
Sumqayıtda avtomobil təmiri obyektində yanğın olub

Sumqayıt şəhərində avtomobil təmiri obyektində yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində müəssisənin 30 kvadratmetrlik hissəsi və içəridəki "Mercedes” markalı minik avtomobili yanıb. Bitişik obyektlərin lambir materialdan ibarət tavanı yüksək temperaturdan əriyib. Tikilinin qalan hissəsi və təmirə dayanmış "Opel” markalı avtomobil yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti