Xəzər Xəbər

DTX və DİN-dən birgə əməliyyat - fabrikdən silah-sursat tapıldı

Hadisə | 12:02 • 9 Avqust 2018
DTX və DİN-dən birgə əməliyyat -

Astarada çay fabrikindən silah-sursat tapılıb.


Bu haqda xezerxeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülmüş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.

Xəbər lenti