Xəzər Xəbər

Bakıda DƏHŞƏTLİ QƏZA: ölənlər var - QORXUNC FOTOLAR

Hadisə | 10:30 • 9 Avqust 2018
Bakıda DƏHŞƏTLİ QƏZA:

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.

XəzərXəbər-in "Report"a istinadən verdiyi xəbərə görə, 26 yaşlı Muradov Kamran Sabir oğlu Balaxanı qəsəbəsi ərazisində idarə etdiyi "Tofaş" markalı avtomobillə divara çırpılıb.

Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Avtomobildə olan sərnişin 30 yaşlı Ziya Dövlətov və sürücü K.Muradov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda onlar dünyasını dəyişib.

Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.



Xəbər lenti