Xəzər Xəbər

Yol qəzalarının sayı azalıb - STATİSTİKA

Hadisə | 16:51 • 8 Avqust 2018
Yol qəzalarının sayı azalıb -

Bu ilin yanvar-iyun aylarında respublikanın avtomobil yollarında 806 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,4 faiz azalaraq 1074 nəfər olub. Onlardan 311-i ölüb, 763-ü isə xəsarət alıb. Hadisələrin 39,5 faizi gündüz, 38,7 faizi gecə, 21,8 faizi isə toran vaxtı baş verib, 30,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.


Yol-nəqliyyat hadisələrinin 91,2 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində ölənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artaraq 250 nəfər, xəsarət alanların sayı isə 6,5 faiz azalaraq 728 nəfər olub.


Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.


Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 79,7 faizini, xəsarət alanların isə 75 faizini kişilər təşkil edib.


Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib. Nəticədə 12 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Belə hadisələrin 69,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.



Xəbər lenti