Xəzər Xəbər

Abşeronda qəza - ölən var

Hadisə | 14:27 • 8 Avqust 2018
Abşeronda qəza - ölən var

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, avqustun 7-də saat 14 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakinləri Beydulla Yunusovun idarə etdiyi "VAZ-21150” və Emin Həsənovun idarə etdiyi "Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə B.Yunusov və sərnişini Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova xəstəxanaya yerləşdiriliblər, Z.Məhərrəmova orada ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti