Xəzər Xəbər

Ağsu, Qəbələ və Kürdəmirdə yanğın baş verib

Hadisə | 09:17 • 8 Avqust 2018
Ağsu, Qəbələ və Kürdəmirdə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyi (FHN) gün ərzində Ağsu, Qəbələ və Kürdəmir rayonları ərazisində baş verən yanğınlar barədə məlumat yayıb.


FHN-dən xezerxeber.az-a bildiriblər ki, Ağsu rayonunun Bico kəndində 10 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı və yüksəkgərginlikli elektrik xətləri yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.


Qəbələ rayonunun Kürd kəndində biçilmiş taxıl sahəsi (6 hektar) və kol-kos (4 hektar) yanıb. Alov söndürülüb və Türyançay Dövlət Təbiət Qoruğu yanğından mühafizə edilib.


Kürdəmir rayonunda isə Çöl Ərəb kəndində ümumi sahəsi 100 kvadratmetr olan köməkçi tikilinin dam örtüyündə baş verib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.

Xəbər lenti