Xəzər Xəbər

Ötən gün 115 cinayət faktı qeydə alıb

Hadisə | 09:30 • 8 Avqust 2018
Ötən gün 115 cinayət faktı qeydə alıb

Respublikanın daxili işlər orqanları ötən gün 115 cinayət faktı qeydə alıb. Onların 25-i "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti