Xəzər Xəbər

Bakıda narkotik alverçisi yaxalandı - FOTO

Hadisə | 11:39 • 7 Avqust 2018
Bakıda narkotik alverçisi yaxalandı -

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi sakini Emin Əliyev saxlanılıb.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 23,631 qram heroin, metadon həbləri, 12,104 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.


Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, yaşadığı Balaxanı qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti