Xəzər Xəbər

Saxta sənədlərlə sərhəddən keçmək istəyən 4 əcnəbi saxlanılıb - FOTO

Hadisə | 09:35 • 7 Avqust 2018
Saxta sənədlərlə sərhəddən keçmək istəyən 4 əcnəbi saxlanılıb -

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən son gün­lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası­nın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.


DSX-dən xezerxeber.az-a verilən məlumata görə, 24 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam Res­publikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sər­həd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanmış, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zama­nı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspa­niyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənmişdir.


26 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sər­həd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranmış və dərinləşdirilmiş yoxlama zamanı pasportun sax­talaşdırılması təsdiqini tapmışdır. Araşdırma nəticəsində saxlanıl­mış şəxsin Palistan İslam Respublikasının vətəndaşı olması müəy­yən olunmuş, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanmışdır.


30 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə ta­rix-ştampların saxtalaşdırılması müəyyən edilmişdir.


06 avqust tarixində "Samur” dövlət sərhədindən buraxılış məntəqə­sində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunmuşdur.


Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti