Xəzər Xəbər

Bərdədə fermada dava - Çoban çobanı ölümcül bıçaqladı

Hadisə | 16:54 • 4 Avqust 2018
Bərdədə fermada dava -

Bərdə rayonunda çobanlar arasında dava düşüb.


Hadisə Türkmən kəndi ərazisində yerləşən fermada baş verib.


Bərdə şəhər sakini, 1996-cı il təvəllüdlü Əzizov Fərid Rauf oğlu naxırçı işlədiyi südçülük fermasında həmin fermada naxırçı işləyən, Bərdə rayonunun Lək kənd sakini, 1982-ci il təvəllüdlü Bayramov Seymur Marif oğlu ilə şəxsi münasibətlər zəminində dava edib.


Dava zamanı F.Əzizov mətbəx bıçağı il S.Bayramovun bel nahiyəsinə ağır xəsarətlər yetirib.


Bundan başqa o, S.Bayramovun sifətinin sağ tərəfinə dəmir boru ilə zərbələr endirib.


Yaralı xəstəxanaya çatdırılıb.


Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. (Trend)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti