Xəzər Xəbər

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsi cəhdinin qarşısı alınıb

Hadisə | 14:24 • 3 Avqust 2018
İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsi cəhdinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


DSX-nin mətbuat mərkəzindən xezerxeber.az-a bildiriblər ki, avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən İran İslam Respublikasından ölkə ərazisinə qaçaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb.


Hadisə DSX sərhəd qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş verib. Həmin gün saat 22:00 radələrində İran ərazisindən 3 nəfərin sürünərək Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunub və nəzarətə götürülüb.


Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkarlandıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlayıblar. Sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq, həmin şəxslər havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran İslam Respublikasının ərazisinə keçiblər.


Hadisə yerinə baxış zamanı 1 ədəd bel çantasının içərisində 6,4 kiloqram narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla 79 ədəd konvalüt "Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda "MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkarlanıb.


Fakt üzrə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti