Xəzər Xəbər

Hacıqabulda yol qəzası olub, ölən və yaralananlar var

Hadisə | 09:28 • 3 Avqust 2018
Hacıqabulda yol qəzası olub, ölən və yaralananlar var

Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Udulu kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Udulu kənd sakinləri – 1991-ci il təvəllüdlü Elçin Cəfərzadə, 1994-cü il təvəllüdlü Tağıyev Elgün Hüseyn oğlu, 1991-ci il təvəllüdlü Yusifov Vüsal Güloğlan oğlu və daha 1 nəfər xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. V.Yusifovun xəsarəti ağır olduğundan o, xəstəxanada ölüb.

Faktla bağllı araşdırma aparılır. (Report)

Xəbər lenti