Xəzər Xəbər

Gənc xanəndələr toydan qayıdan zaman həlak olublar - YENİLƏNİB - FOTO

Hadisə | 16:43 • 1 Avqust 2018
Gənc xanəndələr toydan qayıdan zaman həlak olublar -
Gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynov yol qəzasında həlak olublar.


Xezerxeber.az məlumat verir ki, qəza ötən gün axşam saatlarında Bərdə yolunda baş verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, xanəndələr toy mərasimindən qayıdarkən qəzaya düşüblər. 


Rauf Bədəlov adlı sosial şəbəkə istifadəçisi onların toydan qayıdan zaman Bərdə yolunda keçirdikləri qəzada həlak olduqlarını yazıb: "Allah sizə rəhmət eləsin. Yeriniz cənnət olsun. Novruz Hüseynov yoxluğunu necə qəbul edək?". 

Xəbər lenti