Xəzər Xəbər

Abşeronda evlərdən oğurluq edən şəxslər tutulub

Hadisə | 14:02 • 26 İyul 2018
Abşeronda evlərdən oğurluq edən şəxslər tutulub

Abşeronda evlərdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də rayon ərazisindəki evlərin birindən 1000 manat, bijuteriya, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Elməddin Əliyev, Yusif Əbilhəsənov və əvvəllər məhkum olunmuş Tural Dəmir oğlu saxlanılıblar.

E.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 25-dən iyulun 19-dək olan müddətdə bir həyətdən kombi aparatı, bir evdən 3800 manat və 1 ədəd qızıl saat, habelə inşası başa çatmamış bir evdən elektrik naqilləri oğurlaması da müəyyən edilib.

Xəbər lenti