Xəzər Xəbər

On tonadək narkotik tərkibli bitki məhv edilib

Hadisə | 13:15 • 26 İyul 2018
On tonadək narkotik tərkibli bitki məhv edilib

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a bildiriblər ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri birgə tədbirlər nəticəsində rayon sakininə məxsus torpaq sahəsində yabanı halda bitmiş ümumi çəkisi 9073 kiloqram olan 37 min 32 ədəd narkotik tərkibli çətənə bitkisi aşkarlanaraq məhv edilib.


Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun Qıpçaq-Kötüklü kəndi ərazisindəki torpaq sahəsində ümumi çəkisi 832 kiloqrama yaxın olan yabanı halda bitmiş 2188 çətənə kolu yığılıb yandırılaraq məhv edilib.

Xəbər lenti