Xəzər Xəbər

Sumqayıtda avtomobil oğrusu saxlanılıb

Hadisə | 11:54 • 24 İyul 2018
Sumqayıtda avtomobil oğrusu saxlanılıb

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 23-də saat 16 radələrində Sumqayıt şəhər sakini Elvin Vəliyevin "Moskviç” markalı avtomobilinin Lökbatan qəsəbəsi ərazisində qaçırılması barədə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət daxil olub.


Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Hacıqabul şəhəri ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsi Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Hacıqabul rayon sakini Tərlan Ağazadə olduğu müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti