Xəzər Xəbər

Həyətindən çətənə kolu, evindən qələm tapança tapıldı

Hadisə | 11:20 • 24 İyul 2018
Həyətindən çətənə kolu, evindən qələm tapança tapıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu, evindən isə 375,5 qram marixuana və 1 ədəd qələm tapança aşkar edilərək götürülüb.


Bundan başqa, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağköynək kənd sakini Elvin Qocayevdən 305 qram marixuana götürülüb.


Həmçinin Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Qırlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3,5 tona yaxın 4800 ədəd çətənə kolu aşkar edərək məhv ediblər.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti