Xəzər Xəbər

Bakıda qətl törədilib - FOTO

Hadisə | 09:21 • 24 İyul 2018
Bakıda qətl törədilib -

Bərdədən paytaxta işləməyə gələn gənc qətlə yetirilib.


Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon qəsəbəsində baş verib.

1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu işlədiyi əlvan metal qəbulu məntəqəsində iş yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində adı hələlik məlum olmayan həmin şəxs Q.Hüseynova küt alətlə zərbə endirib və o, dünyasını dəyişib.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti