Xəzər Xəbər

Parkdan 10 min manatlıq stəkan oğurlayanlar saxlanılıb

Hadisə | 11:12 • 20 İyul 2018
Parkdan 10 min manatlıq stəkan oğurlayanlar saxlanılıb

İyulun 18-də Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə rayon ərazisindəki parkların birindən 10 000 manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Sumqayıt şəhər sakini Qabil Kərimov və Bakı şəhər sakini Ümid Məmmədov olduqları müəyyən edilib.


Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.


Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti