Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Hadisə | 09:56 • 19 İyul 2018
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

2018-ci il iyul ayının 18-dən 19-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. DİN Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Xəbər lenti