Xəzər Xəbər

Siqaret kötüyü 5 qadının ölümünə səbəb oldu

Hadisə | 13:41 • 18 İyul 2018
Siqaret kötüyü 5 qadının ölümünə səbəb oldu

Rusiyanın İrkutsk dairəsində bir evin yanması nəticəsində 5 nəfər həyatını itirib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölənlərin içərisində biri azyaşlı qız olmaqla qalan hamısı qadınlardır.

Hadisə şahidləri evin damının yandığı barədə fövqəladə hallar xidmətinə məlumat veriblər. Onların sözlərinə görə evdə insanlar olub və alov açıq şəkildə görünüb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi hadisə barədə məlumat yayıb.

"Yanğın söndürüldükdən sonra FHN-nin xilasediciləri evin içərisi və eyvanında biri ikiyaşlı qız olmaqla bir ailənin 5 üzvünün meyitlərini aşkarlayıb. Ölənlərin hamısı qadın cinsinə məxsusdur” – nazirlikdən bildirilib.

Nazirliyin məlumatına görə yanğına səbəb siqaret çəkilməsi zamanı təhlükəsizlik qaydalarının pozulması olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti