Xəzər Xəbər

Bakı-Quba yolunda avtobus qəzası: 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Hadisə | 12:53 • 18 İyul 2018
Bakı-Quba yolunda avtobus qəzası:

Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Modern.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, qəza zamanı sərnişin avtobusu "Nissan” markalı avtomobillə toqquşub:

"Hadisə nəticəsində "Nissan” markalı avtomobilin sürücüsü hadisə eyrində ölüb. Əraziyə 6 "Təcili yardım" maşını göndərilib.

Yaralılardan 6 nəfərinə hadisə yerində yardım göstərilib, daha 4 nəfər isə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb”.

Nazirlik rəsmisi deyib ki, yaralılardan 3 nəfərin vəziyyəti ağırdır.

Xəbər lenti