Xəzər Xəbər

Bakı-Qazax yolunda avtomobil kanala aşıb, xəsarət alanlar var

Hadisə | 16:55 • 17 İyul 2018
Bakı-Qazax yolunda avtomobil kanala aşıb, xəsarət alanlar var

Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində Bakı-Qazax yolunun 180 km-də, Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Suraxanı rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Sakit oğlu Əliyevin idarə etdiyi "Daewoo" markalı avtomaşın Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb.

Nəticədə avtomobildə olan sərnişinlər 30 yaşlı Əliyev Pərviz Sakit oğlu, 54 yaşlı Əliyeva Nazilə Qəni qızı və 29 yaşlı Əliyeva Nurlana Arzu qızı müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti