Xəzər Xəbər

Vətəndaşlardan narkotik götürülüb

Hadisə | 11:20 • 16 İyul 2018
Vətəndaşlardan narkotik götürülüb

Vətəndaşlardan xeyli miqdarda narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Ağayevin Xırdalan şəhərində kirayədə yaşadığı mənzildən 13 qrama yaxın heroin, 2 kiloqram 700 qrama yaxın marixuana, həmçinin güclü təsiredici xüsusiyyətə malik 51 qram metamfetamin və 30 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Yaxa-Dəllək kənd sakini, əvvəllər məhkum olunmuş Mahmud Nağıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu və 250 qram marixuana, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları isə Mustafabəyli kənd sakini Elçin Süleymanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edərək götürüblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Xəbər lenti