Xəzər Xəbər

Bakıda sahibsiz itləri güllələyən şəxs tutulub

Hadisə | 11:12 • 16 İyul 2018
Bakıda sahibsiz itləri güllələyən şəxs tutulub

İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.

Xəbər lenti