Xəzər Xəbər

SON DƏQİQƏ! "Riyad" Ticarət Mərkəzi yanır

Hadisə | 14:31 • 15 İyul 2018
SON DƏQİQƏ!
Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.


XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, yanğın rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzində mebel dükanının anbarında qeydə alınıb.


Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

Xəbər lenti