Xəzər Xəbər

Ata qəza törətdi, qızı öldü

Hadisə | 12:00 • 14 İyul 2018
Ata qəza törətdi, qızı öldü
Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, iyulun 13-də saat 18 radələrində Zərdab rayonunun Körpükənd kəndi ərazisində Ağdaş rayon sakini Rəna Birgül idarə etdiyi "Mitsubishi” markalı avtomobili aşırıb.


Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan qızı Məryəm orada ölüb. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti