Xəzər Xəbər

Ələtdə qəzaya düşənlərdən biri hamilə olub

Hadisə | 09:55 • 13 İyul 2018
Ələtdə qəzaya düşənlərdən biri hamilə olub
Ötən gün Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza nəticəsində xəstəxanalara 22 nəfər müraciət edib.

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. Nazirlik rəsmisi bildirib ki, hazırda Kliniki Tibbi Mərkəzin stasionar şöbəsində 5 nəfər müalicə alır.

"Onlardan 3-ü reanimasiyada, 2-i isə neyrotravma şöbəsindədir. Həmin 2 nəfərdən biri 23 həftəlik hamilə qadındır. Qadını ginekoloqlar və digər həkimlər müayinə edib, döl üçün təhlükə yoxdur".

Qeyd edək ki, dünən səhər saatlarında Bakı-Ələt magistral yolunda dəhşətli qəza baş verib. 90-OJ-802 dövlət nömrə nişanlı "Kamaz” markalı yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində 1 qadın ölüb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti