Xəzər Xəbər

Salyanda mikroavtobus aşdı: 10 yaralı

Hadisə | 10:32 • 13 İyul 2018
Salyanda mikroavtobus aşdı:

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. "Mercedes Vito” markalı mikroavtobus və "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı "Mercedes Vito”-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.

Xəbər lenti