Xəzər Xəbər

DİN: Cinayətdə şübhəli bilinən 19 nəfər tutulub

Hadisə | 15:01 • 11 İyul 2018
DİN:
Respublikanın daxili işlər orqanları tərəfindən 10 iyul tarixində 104 cinayət faktı qeydə alınıb, onların 12-si "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb,12 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Xəbər lenti