Xəzər Xəbər

Ərini qaytarmaq üçün ana körpəsinə 10 iynə sancdı

Hadisə | 16:44 • 8 İyul 2018
Ərini qaytarmaq üçün ana körpəsinə 10 iynə sancdı

Ərini Rusiyadan geri qaytarmaq üçün qadın körpəsinə iynə sancırmış.

Oxu.Az"Ria Novosti”yə istinadla xəbər verir ki, hadisə Tacikistanda qeydə alınıb.

Paytaxt Düşənbə yaxınlığında yerləşən Sarikişti kəndinin 26 yaşlı sakini olan qadın Rusiyada əmək mühacirətindəki 30 yaşlı həyat yoldaşını geri qaytarmaq üçün oğlunun bədəninə 10 dəmir iynə sancıb.

Bir yaşlıMüdəssir Kərimovağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Milli Tibb Mərkəzinin həkimləri körpənin bədənində 10 iynə aşkarlayıblar və bildiriblər ki, uşaq müstəqil olaraq onları uda bilməzdi.

Rentgen nəticəsində körpənin başında, burnunda, ayaqlarında, boynunda, döş qəfəsində və digər orqanlarında iynələr aşkarlanıb. Hələlik onlardan ancaq 6-nı xaric etmək mümkün olub.

Digər 4 iynə isə hələ də uşağın bədənindədir.

Həkimlər bildiriblər ki, iynələr ən azı 3 ay əvvəl körpənin bədəninə yeridiliblər.

Qadın barədə cinayət işi qaldırılıb, istintaq gedir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti