Xəzər Xəbər

İkimərtəbəli evdə yanğın

Hadisə | 10:17 • 8 İyul 2018
İkimərtəbəli evdə yanğın
Ötən gecə Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və əşyalar 20 m2 sahədə yanıb.


XəzərXəbər-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan 1-ci və 2-ci mərtəbələrin hamam otağının lambirdən ibarət tavanı 12 m2 sahədə, 2-ci mərtəbədə 2 ədəd məişət texnikasının üzlük hissəsi əriyib.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti