Xəzər Xəbər

Yardımlıda alov söndürülüb - FOTO

Hadisə | 11:45 • 7 İyul 2018
Yardımlıda alov söndürülüb -

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində alov söndürülüb.


Xezerxeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ərazidə ayrı-ayrı kiçik yerlərdə hələ də müşahidə olunan tüstülənmə hallarının qarşısını tam almaq məqsədi ilə müvafiq işlər davam etdirilir. Ərazini bir neçə gün ərzində nəzarətdə saxlamaq məqsədi ilə ETSN əməkdaşları tərəfindən növbətçilik təşkil edilib.

Qeyd edək ki, 05 iyul 2018-ci il tarixində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və texnikası cəlb olunub, eləcə də yerli icra hakimiyyəti nümayəndələri və rayon sakininləri yaxından köməklik göstərib.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti