Xəzər Xəbər

Mingəçevir sakini əcnəbini soydu

Hadisə | 12:08 • 6 İyul 2018
Mingəçevir sakini əcnəbini soydu
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı mənzildə çantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.


DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.


Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Xəbər lenti