Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yardımlı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumatda
bildirilib ki, iyulun 5-də gecə saat 3 radələrində Masallı Regional
Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican
kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş
verib.
Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional Meşə
Təsərrüfatı Mərkəzlərinin və FHN-nin Yanğından Mühafizə Dəstəsinin
əməkdaşları cəlb edilib.Yanğın 1 hektar ərazini əhatə edir.
Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür, yanğın lokallaşdırılır. ETSN əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır. Əks halda baş vermiş yanğın qarşısı alınmaz nəticələrə səbəb olar, meşə örtüyünə ciddi ziyan dəyər.
***
Yardımlıda baş verən meşə yanğının söndürülməsinə
helikopter və təyyarə cəlb edilib.
XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına
istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonunun Şıxlı
kəndində meşə zolağında yanğın baş vermişdir. Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və
texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri
və "BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.
Bu barədə FHN-dən məlumat verilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.