Xəzər Xəbər

Həbsdə olan həyat yoldaşına saçında narkotik gətirən qadın saxlanıldı

Hadisə | 11:17 • 5 İyul 2018
Həbsdə olan həyat yoldaşına saçında narkotik gətirən qadın saxlanıldı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Lent.az-ın Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin 234.1; 93.1.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilov Elmir Kamil oğlunun yanına qısamüddətli görüşə gələn həyat yoldaşı Salyan rayon sakini Xəlilova Gülnarə Məhərrəm qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman saçında xüsusi üsulla gizlətdiyi sellofan bükülüdə 2,113 qram tiryək aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti