Xəzər Xəbər

Oğurluq etdiyi evin sahibini qətlə yetirən şəxsə 20 il cəza verildi

Hadisə | 17:44 • 4 İyul 2018
Oğurluq etdiyi evin sahibini qətlə yetirən şəxsə 20 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.


Prokuror təqsirləndirilən şəxsin 20 il azadlıqdan məhrum edilməsini istəyib.


Zərərçəkən şəxsin hüquqi varisi isə ona ömürlük cəza verilməsini xahiş edib.


Maqsud Əliyev son sözündə peşman olduğunu deyib.


Məhkəmənin hökmü ilə M.Əliyev 20 il azadlıqdan məhrum edilib.


İttihama görə, ötən ilin avqustunda Abşeron rayonunun Saray qəsəbəsində Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibinin başına taxta ilə vuraraq öldürüb, onun həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına xəsarət yetirərək, hadisə yerindən qaçıb.


Hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şirin oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti