Xəzər Xəbər

Gəncədə cibgirlik edən şəxs tutulub

Hadisə | 16:05 • 4 İyul 2018
Gəncədə cibgirlik edən şəxs tutulub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs saxlanılıb. 

         

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən T.İbrahimov şəhər ərazisindəki xətt avtobuslarının birində cibindən 315 manat pulunun oğurlandığını bildirib. 

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elbrus Manafov olduğu müəyyən edilib. 

         

Faktla bağlı araşdırma aparılır. 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti