Xəzər Xəbər

63 yaşlı kişini eşşək vurub qarnını cırdı

Hadisə | 15:45 • 4 İyul 2018
63 yaşlı kişini eşşək vurub qarnını cırdı

Qobustan rayonunda 63 yaşlı kişini eşşək vurub.

XəzərXəbər report-a istinadən xəbər verir ki, hadisə rayonun Xilmilli kəndində baş verib.

Kənd sakini, 1955-ci il təvəllüdlü Ağazaman Xanəli oğlu Xankişiyev həyətdə heyvanları tövləyə aparan zaman eşşək onu vurub.

Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralı əməliyyat olunub. 

Xəstəxananın Cərrahiyə şöbəsindən verilən məlumata görə, A.Xankişiyevin bədən nahiyəsinin qarın boşluğunun kəsilmiş cırılmış yarası aşkarlanıb və cərrahi müdaxilədən sonra palataya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti