Xəzər Xəbər

DİN İsmayıllıdakı qətllə bağlı məlumat yaydı

Hadisə | 12:57 • 4 İyul 2018
DİN İsmayıllıdakı qətllə bağlı məlumat yaydı
İyulun 3-də saat 2 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Elçin Cəfərov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə arvadı Ceyhunə Səfərovanı qətlə yetirib.


XəzərXəbər DİN-in saytına istinadən xəbər verir ki. İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Cəfərov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi tüfəng götürülüb.


Faktla əlaqədar cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti