Xəzər Xəbər

İrandan narkotik gətirən şəxs gömrükdə "ilişdi"

Hadisə | 16:55 • 2 İyul 2018
İrandan narkotik gətirən şəxs gömrükdə "ilişdi"
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.


DGK-dan XəzərXəbər-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı, vətəndaşın əlində saxladığı cib dəsmalının arasında, bir ədəd bükümdə xalis çəkisi 3,22 qram olan narkotik vasitə - heroin aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti