Xəzər Xəbər

Qaradağda ağır qəza, ölən var

Hadisə | 11:35 • 2 İyul 2018
Qaradağda ağır qəza, ölən var

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.


FHN-dən xezerxeber.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sərnişinin sıxılmış vəziyyətdə qalmış meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Əməliyyat başa çatıb.

Xəbər lenti