Xəzər Xəbər

Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər xilas edilib

Hadisə | 13:16 • 1 İyul 2018
Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər xilas edilib

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 4-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m elektrik kabeli yanıb.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini xilas edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti