Xəzər Xəbər

Ermənilər Ağdamda 280 hektar ərazini yandırıb

Hadisə | 12:33 • 30 İyun 2018
Ermənilər Ağdamda 280 hektar ərazini yandırıb
"Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Azersky" peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb.


XəzərXəbər "Azərkosmos” ASC-nin saytına istinadən xəbər verir ki, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib.


29 iyun 2018-ci il tarixində Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.


Hazırda monitorinqlər davam etdirilir.

Xəbər lenti