Xəzər Xəbər

Bir gecədə 8 rayonda yanğın

Hadisə | 10:01 • 30 İyun 2018
Bir gecədə 8 rayonda yanğın
Fövqəladə Hallar Nazirliyi (FHN) bir neçə rayonda baş vermiş yanğınla bağlı məlumat yayıb.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, Qusar rayonunun Gədəzeyxur kəndində həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şəmkir rayonunun Əliyaqublu kəndində fermanın ərazisinə yığılmış 4 ton ot bağlamasının 2 tonu və 5 m2 sahədə taxta tullantıları yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonunun Qaracinar kəndində həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 64 m2 olan yardımçı tikilinin qamışdan ibarət dam örtüyü 16 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Abşeron rayonunda həyətyanı ərazidə 2000 m2 sahədə quru ot, 40 ədəd meyvə ağacı, ümumi sahəsi 100 m2 olan 1 mərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə, yaxınlıqdakı 2 ədəd bağ sahəsində 320 m2 quru ot və taxta tullantıları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Əlicanlı kəndində ümumi sahəsi 200 m2 olan talvarın taxta atmaları 120 m2 sahədə və altına yığılmış 15 ton ot bağlamasının 7 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində 14 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində ümumi sahəsi 80 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 8 ton ot bağlamasının 6 tonu yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti